Bakı. 13 noyabr. REPORT.AZ/
"Report" xəbər verir ki, bu barədə BMT rəhbərinin mətbuat ofisinin yaydığı bəyanatda deyilir.
"Baş katib təkidlə bütün tərəfləri maksimum təmkin göstərməyə çağırır", - deyə məlumatda bildirilir. Qeyd olunur ki, A.Quttereş Qəzza zolağında vəziyyəti diqqətlə izləyir.
Daha əvvəl İsrail ordusu bildirib ki, Qəzza zolağından 300 raket buraxılıb. Onlardan bir neçəsi zərərsizləşdirilib.