​BMT QAK Avropanı qaçqın böhranı ilə bağlı kursunu dəyişməyə çağırır

​BMT QAK Avropanı qaçqın böhranı ilə bağlı kursunu dəyişməyə çağırır Antonio Quttereş: "Ayrı-ayrı ölkələrin fərdi tədbirləri problemi həll etməyəcək"
Digər ölkələr
18 Sentyabr , 2015 20:56
​BMT QAK Avropanı qaçqın böhranı ilə bağlı kursunu dəyişməyə çağırır

Bakı. 18 sentyabr. REPORT.AZ/ BMT-nın qaçqınlar üzrə ali komissarı Avropanı qaçqın böhranı ilə bağlı kursunu dəyişməyə çağırır.

BMT-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, BMT QAK bir daha yalnız Avropanın birllikdə təxirəsalınmaz reaksiyasının qaçqınlar və miqrasiya ilə bağlı hazırkı böhranı aradan qaldıra biləcəyini xatırladıb. 

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin adından yayılan məlumatda qeyd olunub ki, ayrı-ayrı ölkələrin fərdi tədbirləri problemi həll etməyəcək, indiki xaotik vəziyyəti daha da pisləşdirəcək, insanların iztirablarına şərait yaradacaq və Avropanın daha çox birliyə və etimada ehtiyacı olduğu bir vaxtda dövlətlər arasında gərginliyi artıracaq.

"BMT QAK Macarıstanın hakimiyyət orqanlarına hüquqi və mənəvi öhdəliklərinə uyğun olaraq müdafiəyə ehtiyacı olan insanların sərhədə maneəsiz çıxışını təmin etməklə bağlı çağırış edib", - A.Quttereş bildirib.

Son xəbərlər

Orphus sistemi