BMT ölkələri ABŞ-ı sərt tənqid edib

BMT ölkələri ABŞ-ı sərt tənqid edib BMT İnsan Hüquqları Şurasında ABŞ-da insan hüquqları sahəsində ikinci Universal dövri icmalına baxılıb
Digər ölkələr
11 May , 2015 18:09
BMT ölkələri ABŞ-ı sərt tənqid edib

Bakı. 11 may. REPORT.AZ/ BMT ölkələri ABŞ-da insan hüquqları ilə bağlı yaranmış vəziyyəti sərt tənqid edib. Onlar qeyd ediblər ki, rəsmi Vaşinqton bundan əvvəl insan hüquqları sahəsində universal dövri icmalın baxılması zamanı verilən bəzi tövsiyələri nəzərə almayıb. "Report" "RİA Novosti" saytına istinadən xəbər verir ki, bu gün Cenevrədə 47 ölkənin üzv olduğu BMT İnsan Hüquqları Şurasında ABŞ-da insan hüquqları sahəsində ikinci universal dövri icmala baxılıb.

"2010-cu ildəki məruzədən sonra biz dövlətlərdən aldığımız tövsiyələri diqqətlə nəzərdən keçirmişik və onların yerinə yetirilməsi üçün bir çox addımlar atmışıq", - sənədi təqdim edərkən ABŞ Dövlət Departamentinin hüquq məsələləri üzrə müşaviri Meri MakLeod (Mary McLeod) bildirib.

Lakin BMT İnsan Hüquqları Şurasının bir çox ölkələrinin fikrinə görə, rəsmi Vaşinqton əvvəlki məruzə zamanı təqdim edilən tövsiyələrin əhəmiyyətli hissəsini yerinə yetirməyib və insan hüquqları sahəsində vəziyyət daha da pisləşib. Onların sırasına ABŞ-da ölüm hökmünə moratoriumun qoyulmaması, indiyədək bağlanmamış Quantanamo həbsxanası, məhkum və miqrantlarla pis rəftar, ölkənin yerli əhalisinin fikirlərinin nəzərə alınmaması, polis tərəfindən qeyri-bərabər gücün göstərilməsi, irqi ayrı-seçkilik və digər məsələlər daxildir. 

Son xəbərlər

Orphus sistemi