Bakı. 8 sentyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya üzrə Xüsusi Nümayəndəsi Avropaya təsir edən miqrant böhranının qarşısını almağa kömək etmədiyinə görə beynəlxalq ictimaiyyəti, xüsusilə də Yaxın Şərq ölkələrini tənbeh edib.
"Report" "Amerikanın səsinə" istinadən xəbər verir ki, Cenevrədə çıxış edən
Suterland, həmçinin, qaçqınlara humanist rəftarın vacibliyini vurğulayıb.