Yuxarı
    Bağlamaq

    BMT: Noyabrda İraqda 4 mindən çox insan ölüb və yaralanıb

    Bu qurbanların böyük hissəsini mülki şəxslər təşkil edir

    Bakı. 2 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində İraqda terror aktları, zorakılıq və silahlı münaqişə nəticəsində 4 mindən çox insan ölüb və yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə cümə axşamı BMT-nin İraqa yardım göstərilməsi üzrə missiyası (UNAMI) məlumat yayıb.

    "Terror aktları, zorakılıq və silahlı münaqişə nəticəsində ümumilikdə 2 min 885 iraqlı öldürülüb və daha 1380 nəfər yaralanıb", - deyə mətbuat üçün dərc edilən bəyanatda bildirilir.

    Missiyanın məlumatına görə, qurbanların, həmçinin böyük bir qismi (926 ölü və 930 yaralı) mülki əhali təşkil edir. Noyabrda döyüşlərə cəlb olunan polis, həmçinin "peşmərgə" kürd hərbi birləşməsi də daxil olmaqla İraqın təhlükəsizlik qüvvələri sıralarında 1959 nəfər öldürülüb, 450 nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi