Bakı. 1 yanvar. REPORT.AZ/ Portuqaliyanın sabiq baş naziri, BMT-nin yeni baş katibi seçilmiş Antoniu Qutteriş bu gündən etibarən beynəlxalq təşkilatın rəhbəri səlahiyyətlərinin icrasına başlayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq təşkilatın rəhbəri kimi ilk çıxışında bildirib ki, dünyada sülhün təmin edilməsi və silahlı münaqişələrin qarşısının alınması onun üçün prioritet olacaq.
Qeyd edək ki, o, bu vəzifəyə 5 il müddətinə seçilib. Antoniu Qutteriş 2021-ci ilin 31 dekabrına qədər BMT-nin baş katibi vəzifəsinin səlahiyyətlərini icra edəcək.
Yeni baş katibin sələfi, Cənubi Koreyadan olan Pan Gi Mun isə bu vəzifənin səlahiyyətlərini 10 il icra edib.