BMT-nin yeni baş katibi Fələstin İsrail münaqişəsinin tənzimlənməsinə nail olmaq niyyətindədir

BMT-nin yeni baş katibi Fələstin İsrail münaqişəsinin tənzimlənməsinə nail olmaq niyyətindədir Antoniu Qutyerreş: "Fələstin–İsrail münaqişəsinin həlli nəticəsində bütövlükdə Yaxın Şərqdə sülh bərqərar olacaq"
Digər ölkələr
11 Noyabr , 2016 20:03
BMT-nin yeni baş katibi Fələstin İsrail münaqişəsinin tənzimlənməsinə nail olmaq niyyətindədir

Bakı. 11 noyabr. REPORT.AZ/ BMT-nin yeni seçilən baş katibi Antoniu Qutyerreş “iki dövlət, iki xalq” prinsipi əsasında Fələstin-İsrail münaqişəsinin tənzimlənməsinə nail olmaq niyyətindədir.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə yeni seçilən baş katib Antoniu Qutyerreş Fələstin Azadlıq Təşkilatının təmsilçisi Xanan Aşrauiyə məktub yazıb.

A.Qutyerreş hesab edir ki, Fələstin-İsrail münaqişəsinin həlli nəticəsində bütövlükdə Yaxın Şərqdə sülh bərqərar olacaq.

Xanan Aşrauiyə onu baş katib seçilməsi münasibətlə təbrik edib. Antoniu Quttyereş isə cavabında BMT ilə Fələstinin əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, BMT Baş Assambleyası oktyabrın 13-də təşkilatın yeni baş katibinin təyinatı məsələsinə baxıb və Antoniu Qutyerreşi bu posta təsdiqləyib.

O, vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-dən başlayacaq və səlahiyyət müddəti 2021-ci il dekabrın 31-də başa çatacaq.

Koreya Respublikasından olan Pan Gi Mun BMT-nin səkkizinci baş katibidir.

BMT-nin Nizamnaməsinə əsasən, baş katib təşkilatın baş inzibati vəzifə sahibidir. O, Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleya tərəfindən təyin edilir.

Xatırladaq ki, A.Qutyerreş 2005-2015-ci illərdə BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı kimi fəaliyyət göstərib. A.Qutyerreş bu vəzifəyə təyin olunacağı halda, BMT-nin bütün sistemlərinin fəaliyyətində ahəngə nail olmağa, üç əsas sahənin hamısında - sülh, inkişaf və insan hüquqları sahəsində yaranmış problemlərin öhdəsindən gəlməyə yardım edəcək strategiya tapmağa çalışacağına söz verib.

Son xəbərlər

Orphus sistemi