BMT-nin yeddi əməkdaşı koronavirusdan öldü

BMT-nin yeddi əməkdaşı koronavirusdan öldü BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb.
Digər ölkələr
18 May , 2020 23:38
BMT-nin yeddi əməkdaşı koronavirusdan öldü

BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu günə olan məlumata görə, yeddi BMTəməkdaşı koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib. Amerikada təşkilatın 147 əməkdaşında COVID-19 aşkarlanıb” - Düjarrik deyib.

Onun sözlərinə görə, ölənlərin biri Nyu-Yorkdakı Katibliyin, digər iki nəfəri isə ÜST-nin və UNICEF-in işçisidir. 

Son xəbərlər

Orphus sistemi