BMT təmsilçisi 1915-ci il hadisələrinə münasibət bildirib

BMT təmsilçisi 1915-ci il hadisələrinə münasibət bildirib "Soyrıqım ifadəsinin istifadəsi üçün beynəlxalq müstəvidə qəbul edilən hüquqi qərar mövcud olmalıdır"
Digər ölkələr
22 Aprel , 2015 23:18
BMT təmsilçisi 1915-ci il hadisələrinə münasibət bildirib

Bakı. 22 aprel. REPORT.AZ/ BMT hesab edir ki, 1915-cı ildə Osmanlı İmperiyasında baş verən hadisələrin "soyqırım" kimi qiymətləndirilməsi üçün beynəlxalq müstəvidə qəbul edilən hüquqi qərar mövcud olmalıdır.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu BMT təmsilçisi Stefan Dujarrik bildirib.

Soyqırımla bağlı qərarın konkret olaraq hansı instansiyada qəbul oluna biləcəyinə dair sualı cavabsız qoyan S.Dujarrik qeyd edib ki, "BMT məsələ ilə bağlı mövqeyini daha əvvəl açıqlayıb və onu dəyişməyəcək".

Xatırladaq ki, ötən həftəki çıxışlarından birində S.Dujarrik 1915-ci il hadisələri üçün "tragediya" ifadəsi işlətmişdi.

Son xəbərlər

Orphus sistemi