BMT-nin təhlükəsizlik xidmətinin əməkdaşları Suriyanın Duma şəhərində atəşə tutulub - YENİLƏNİB

BMT-nin təhlükəsizlik xidmətinin əməkdaşları Suriyanın Duma şəhərində atəşə tutulub - YENİLƏNİB OPCW ekspertləri aprelin 7-də kimyəvi hücum olub-olmadığını müəyyənləşdirmək üçün dünən Dumaya gediblər
Digər ölkələr
18 Aprel , 2018 15:43
BMT-nin təhlükəsizlik xidmətinin əməkdaşları Suriyanın Duma şəhərində atəşə tutulub - YENİLƏNİB

Bakı. 18 aprel. REPORT.AZ/ Naməlum şəxslər Suriyanın Duma şəhərinə gələn BMT-nin təhlükəsizlik xidmətinin əməkdaşlarını atəşə tutub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (OPCW) baş direktoru Əhməd Üzümcü Skripal işi üzrə qapalı OPCW-nin iclasında bildirib.

Onun sözlərinə görə, atışma olması səbəbindən təhlükəsizlik xidməti geri çəkilməli olub və buna görə də OPCW ekspertlərinin kimyəvi hücumun həyata keçirildiyi ehtimal olanan məkana gəlişi təxirə salınıb.


***13:01

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (OPCW) ekspertlərinin Suriyanın Duma şəhərindəki işi orada baş verən atışmalarla əlaqədar təxirə salınıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Xatırladaq ki, beynəlxalq təşkilatın ekspertləri aprelin 7-də kimyəvi hücum olub-olmadığını müəyyənləşdirmək üçün dünən Şərqi Quta bölgəsindəki Duma şəhərinə gediblər. 

Son xəbərlər

Orphus sistemi