BMT-nin qaçqınlar üzrə yeni Ali Komissarı seçilib

BMT-nin qaçqınlar üzrə yeni Ali Komissarı seçilib Filippo Qrandi beş illik müddətə seçilib
Digər ölkələr
19 Noyabr , 2015 10:49
BMT-nin qaçqınlar üzrə yeni Ali Komissarı seçilib

Bakı. 19 noyabr. REPORT.AZ/ BMT Baş Assambleyasının 70-ci sessiyasının nümayəndələri baş katibin təklifi ilə italiyalı Filippo Qrandini BMT-nin qaçqınlar üzrə yeni Ali Komissarı seçib. "Report" xəbər verir ki, o, bu postda Portuqaliyadan olan Antoniu Quterrişi əvəz edəcək.

Filippo Qrandi beş illik müddətə seçilib. Onun səlahiyyətləri 2016-cı il yanvarın 1-də başlayıb 2020-ci il dekabrın 31-də bitəcək.

Xatırladaq ki, F.Qrandi 2010-2014-cü illər aralığında BMT-nin fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri olub. O, həmçinin Əfqanıstan, Sudan, Suriya, İraq, Keniya, Liberiya, Konqo Demokratik Respublikası və Yəməndə BMT nümayəndəliklərində çalışıb.

Qeyd edək ki, BMT-nin qaçqınlar üzrə Ali Komissarlıq idarəsi təşkilatın struktur sistemində ən böyük "qollardan" biridir. Onun əməkdaşları dünya üzrə 115 ölkədə çalışır. İdarə 1950-ci ildə yaradılıb və o vaxtdan bəri iki dəfə Nobel Sülh Mükafatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi