BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Rusiyanın təşkilatdakı mərhum daimi nümayəndəsinin xatirəsi yad edilib

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Rusiyanın təşkilatdakı mərhum daimi nümayəndəsinin xatirəsi yad edilib BMT baş katibi Antonio Quterriş və BMT Təhlükəsizlik Şurasının üzvləri onun ölümündən kədərləndiklərini bildiriblər
Digər ölkələr
21 Fevral , 2017 09:28
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Rusiyanın təşkilatdakı mərhum daimi nümayəndəsinin xatirəsi yad edilib

Bakı. 21 fevral. REPORT.AZ/ BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qəfil dünyasını dəyişən Rusiyanın təşkilatdakı mərhum daimi nümayəndəsi Vitali Çurkinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Report" xəbər verir ki, bir sıra ölkələrin diplomatları mərhumun ailəsinə və yaxınlarına başsağlığı veriblər.

BMT baş katibi Antonio Quterriş və BMT Təhlükəsizlik Şurasının üzvləri onun ölümündən kədərləndiklərini bildiriblər.

Qeyd edək ki, V.Çurkin fevralın 20-də səhər saatlarında qəflətən baş verən ürək tutmasından keçinib. Yaşasaydı, bu gün onun 65 yaşı tamam olacaqdı.

Xatırladaq ki, V.Çurkin 2006-cı ilin aprel ayından Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsini yerinə yetirib. Buna qədər isə o, Kanada və Belçikada ölkəsinin səfiri olub.

Son xəbərlər

Orphus sistemi