BMT-nin mənzil-qərargahı iyul ayından etibarən əyani iş rejiminə keçəcək

BMT-nin mənzil-qərargahı iyul ayından etibarən əyani iş rejiminə keçəcək Sanitar məhdudiyyətlərin aradan qaldırılması fonunda BMT-nin Nyu Yorkda yerləşən mənzil-qərargahının əməkdaşları iyulun 6-dan etibarən tədricən əyani iş rejiminə keçməyə başlayacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi An
Digər ölkələr
8 İyun , 2021 11:40
BMT-nin mənzil-qərargahı iyul ayından etibarən əyani iş rejiminə keçəcək

Sanitar məhdudiyyətlərin aradan qaldırılması fonunda BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahının əməkdaşları iyulun 6-dan etibarən tədricən əyani iş rejiminə keçməyə başlayacaq.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreşin təşkilatın əməkdaşlarına ünvanlanmış məktubunda deyilir.

Sənəddə qeyd olunur ki, son aylar ərzində şəhərdə koronavirusa yoluxma halları azalıb.

Quterreş bildirib ki, iyulun 6-dan etibarən BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahı əyani iş rejiminə keçmək üçün bütün tələblərə cavab verəcək:

“Bu, o deməkdir ki, 2020-ci ilin martında təsdiq edilmiş alternativ iş cədvəlinə uyğun olaraq, həftədə 5 iş günü uzaqdan işləyən bütün işçi heyətinin 2021-ci il iyulun 6-dan etibarən tədricən iş yerlərinə qayıtması gözlənilir”.

Quterreş gələcəkdə təşkilatın işçi heyətinin iş cədvəlinin tərtib edilməsi zamanı uzaqdan iş rejiminin bir çox üstünlüklərinin nəzərə alınacağına əmin olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi