BMT-nin Malidəki düşərgəsi atəşə tutulub, 9 sülhməramlı yaralanıb

BMT-nin Malidəki düşərgəsi atəşə tutulub, 9 sülhməramlı yaralanıb Düşərgə günortadan sonra minatanlar və ya raket atəşinə məruz qalıb
Digər ölkələr
4 May , 2017 03:20
BMT-nin Malidəki düşərgəsi atəşə tutulub, 9 sülhməramlı yaralanıb
Courtesy İmage

Bakı. 4 may. REPORT.AZ/ BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasının (MİNUSMA) Timbukt şəhərindəki düşərgəsinin atəşə tutulması nəticəsində azı 9 sülhməramlı yaralanıb.

"Report"un məlumatına görə, bu barədə qurumun rəsmi açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, düşərgə günortadan sonra minatanlar və ya raket atəşinə məruz qalıb. "İlkin məlumata görə, altı mərmi atılıb", - deyə rəsmi məlumatda bildirilir.

Yaralı sülhməramlılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Onlar Malinin paytaxı Bamakoya təxliyə ediliblər.

Son xəbərlər

Orphus sistemi