BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Kabilə qayıdıb

BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Kabilə qayıdıb BMT-nin Əfqanıstana yardım missiyasının başçısı Debora Layons Qazaxıstandan Kabilə qayıdıb.
Digər ölkələr
23 Sentyabr , 2021 22:22
BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Kabilə qayıdıb
Debora Layons

BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Debora Layons Qazaxıstandan Kabilə qayıdıb.

“Report” xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

"O, Kabilə qayıtdı", - Dujarrik Layonsun Qazaxıstan ərazisində olması barədə suala cavabında deyib.

"Layons avqustun son günlərinə qədər - ən mürəkkəb dövrlərdən birində Kabildə idi. Sonra onun ailə problemi ortaya çıxdı və Qazaxıstana getdi", - Dujarrik deyib.

BMT rəsmisi qeyd edib ki, bu dövrdə Kabildə onun iki müavini qalıb.

Son xəbərlər

Orphus sistemi