BMT-nin Əfqanıstana Yardım Missiyasının müddəti daha bir il uzadılıb

BMT-nin Əfqanıstana Yardım Missiyasının müddəti daha bir il uzadılıb Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) müddəti daha bir il uzadılıb.
Digər ölkələr
17 Mart , 2023 05:09
BMT-nin Əfqanıstana Yardım Missiyasının müddəti daha bir il uzadılıb

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) müddəti daha bir il uzadılıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Əfqanıstan sessiyasında səsə qoyulan qətnamə layihəsi yekdilliklə qəbul edilib. Qətnamədə UNAMA-nın mandatının 2024-cü il martın 17-dək uzadıldığı qeyd olunub.

Vurğulanıb ki, BMT Əfqanıstanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyir və bundan sonrada əfqan xalqına dəstəyini davam etdirəcək.

Qətnamədə “Taliban” rəhbərliyinin BMT Təhlükəsizlik Şurasının gözləntilərini qarşılamadığı, qadınların cəmiyyətə tam və bərabər inteqrasiyasının, insan hüquqlarının qorunmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qeyd edək ki, UNAMA 2002-ci ildə BMT TŞ-nin 1401 saylı qətnaməsi ilə yaradılıb və onun mandatı hər il uzadılıb. Qərargahı Kabildə olan UNAMA-nın təxminən 1200 nəfərlik heyəti var.

Son xəbərlər

Orphus sistemi