BMT-nin baş qərargahı qarşısında polis silahlı şəxsi saxlayıb

BMT-nin baş qərargahı qarşısında polis silahlı şəxsi saxlayıb BMT-nin Nyu-Yorkdakı baş qərargahının qarşısında intihara cəhd edən şəxslə polisin danışıqları davam edir.
Digər ölkələr
140
2 Dekabr , 2021 23:00
BMT-nin baş qərargahı qarşısında polis silahlı şəxsi saxlayıb
0 : 00
0 : 00

BMT-nin Nyu-Yorkdakı baş qərargahının binası qarşısında intihara cəhd edən şəxsi polis saxlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, polis insanlar üçün təhlükə olmadığını deyib.

Qeyd edək ki, bu gün BMT-nin Nyu-Yorkdakı baş qərargahının qarşısında intihara cəhd olub. Naməlum şəxs əlində tutduğu silahı boğazına dirəyərək BMT-nin giriş qapısı qarşısında özünə qəsd edtmək istəyib.

22:09

BMT-nin Nyu-Yorkdakı baş qərargahının binası qarşısında intihara cəhd edən şəxslə polisin danışıqları davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, bina şübhəli şəxslə əlaqədar giriş-çıxışlara bağlanıb.

BMT heç bir əməkdaşının təhlükə altında olmadığını açıqlayıb.

Hadisənin baş verdiyi birinci "Avenyu" (prospekt-red) küçəsi və 42-ci küçənin bir hissəsi nəqliyyat vasitələrinin girişinə baxlanıb.

21:18

BMT-nin Nyu-Yorkdakı baş qərargahının qarşısında intihara cəhd olub.

“Report”un yerli bürosu xəbər verir ki, Nyu-York polisi əlində tutduğu silahı boğazına dirəyərək BMT-nin giriş qapısı qarşısında gəzişən yaşlı kişini mühasirəyə alıb.

Onun kimliyi və hansı səbəbdən özünü öldürməyə cəhd etdiyi hələlik məlum deyil.

Onun BMT-yə xüsusi mesaj vermək üçün bu addımı atdığı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi