Bakı. 24 noyabr. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Şimali Koreyaya səfər etmək niyyətini təsdiq edib. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda jurnalistlərin suallarını cavablandıran Pan Gi Mun bildirib ki, "Pxenyandan müsbət siqnallar gəlməkdədir".
Bununla belə səfərin dəqiq vaxtı diplomatik kanallarla müəyyən edilmməyib.
Əyər səfər baş tutsa, bu, BMT-nin baş katiblərinin Şimali Koreyaya sayca üçüncü ziyarəti olacaq. 1979-cu ildə Kurt Valdxaym, 1993-cü ildə də Butros Butros Qali Pxenyana səfər etmişdi.