BMT-nin baş katibi Myanma üzrə yeni xüsusi nümayəndə təyin edib

BMT-nin baş katibi Myanma üzrə yeni xüsusi nümayəndə təyin edib BMT-nin Baş katibi Antonio Quterreş Sinqapurun təşkilatdakı nümayəndəsi Noelin Heyzeri Myanma üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edib.
Digər ölkələr
26 Oktyabr , 2021 04:00
BMT-nin baş katibi Myanma üzrə yeni xüsusi nümayəndə təyin edib

BMT-nin Baş katibi Antonio Quterreş Sinqapurun təşkilatdakı nümayəndəsi Noelin Heyzeri Myanma üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edib.

“Report” xəbər verir ki, bu barədə Baş katibi ofisi məlumat yayıb.

Hayzer bu vəzifədə İsveçrə təmsilçisi Kristin Şraner Burqeneri əvəz edəcək. Noelin Heyzer 2007-2014-cü illərdə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi olub.

Qeyd edək ki, Myanmanın hərbi komandanlığı fevralın 1-dən ölkədə bir il müddətinə fövqəladə vəziyyət tətbiq edib. Eyni zamanda mülki rəhbərliyi istefaya göndərib. Ordu rəsmiləri bunu 2020-ci ilin noyabrında keçirilən parlament seçkilərində baş verən irimiqyaslı saxtakarlıqla əlaqələndiriblər.

Son xəbərlər

Orphus sistemi