Yuxarı

BMT-nin baş katibi Məkkədə baş verən faciədə həlak olanların yaxınlarına başsağlığı verib

Məkkə yaxınlığında ötən gün baş vermiş izdihamda 717 nəfər dünyasını dəyişib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun adından Məkkədəki izdihamda 700-dən artıq zəvvarın həlak olması ilə əlaqədar başsağlığı yayılıb.

“Report” xəbər verir ki, baş katib faciə nəticəsində həlak olanların yaxınlarına və əlaqəli hökumətlərə başsağlığı verib.

Eyni zamanda Pan Gi Mun, Yəməndə bayram namazı əsnasında baş verən terror hücumunu da pisləyib. İbadət məkanlarına və mülki vətəndaşlara qarşı hücumların heç bir əsasla güzəştə gedilməyəcəyini ifadə edən baş katib, vəzifəlilərin məhkəmə önünə çıxarılmasını istəyib.

Qeyd edək ki, Məkkə yaxınlığında ötən gün baş vermiş izdihamda 717 nəfər dünyasını dəyişib, 880-dən çox zəvvar isə xəsarət alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi