Bakı. 31 yanvar. REPORT.AZ/ BMT-nin baş katibi Pan Ge Mun Afrika Birliyinin "Boko Haram" terrorçu qruplaşmasına qarşı Afrika dövlətlərinin ordu yaratması ilə bağlı təklifini alqışlayıb.
"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, Afrika Birliyi beş üzv dövlətin 7 500 hərbçidən ibarət xüsusi birləşmənin yaradılmasını təklif edib.
2009-cu ildən "Boko Haram"ın basqınları nəticəsində 13 mindən çox adam ölüb.