BMT-nin baş katibi ABŞ-ın ÜST-lə bağlı qərarını dəstəkləmədi

BMT-nin baş katibi ABŞ-ın ÜST-lə bağlı qərarını dəstəkləmədi BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırması barədə bəyanatına münasibət bildirib.
Digər ölkələr
587
15 Aprel , 2020 05:26
BMT-nin baş katibi ABŞ-ın ÜST-lə bağlı qərarını dəstəkləmədi

BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırması barədə bəyanatına münasibət bildirib.

“Report” xəbər verir ki, A. Quterreş ABŞ-ın maliyyələşdirməni dayandırmaq üçün səhv vaxt seçdiyini söyləyib.

“Hazırda ÜST və ya virusla mübarizə aparan hər hansı digər humanitar təşkilatın işi üçün maliyyəni azaltmağın vaxtı deyil. Əminəm ki, Ümumdünya Səhiyyə Təşkilatı dəstəklənməlidir. Çünki, dünyanın COVID-19 ilə müharibədə qalib gəlməsi vacibdir”.

Son xəbərlər

Orphus sistemi