BMT-nin azərbaycanlı rəsmisi Əfqanıstanda humanitar böhranla bağlı xəbərdarlıq edib

BMT-nin azərbaycanlı rəsmisi Əfqanıstanda humanitar böhranla bağlı xəbərdarlıq edib 2023-cü ildə Əfqanıstan əhalisinin üçdə ikisinin humanitar yardıma ehtiyacı olacaq
Digər ölkələr
17 Noyabr , 2022 22:12
BMT-nin azərbaycanlı rəsmisi Əfqanıstanda humanitar böhranla bağlı xəbərdarlıq edib

2023-cü ildə Əfqanıstan əhalisinin üçdə ikisinin humanitar yardıma ehtiyacı olacaq

“Report” xəbər verir ki, bunu BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov deyib.

"Əfqanıstan əhalisinin 65%-nin hansısa formada humanitar yardıma ehtiyacı olacaq. Bu il ÜDM-in 35-40% azalacağını gözləyirik", - əlaqələndirici bildirib.

Onun sözlərinə görə, vəziyyət 700 min iş yerinin itirilməsinə səbəb olub.

"Əhalinin gəlirlərinin dörddə üçü ərzağa xərclənir, 25 milyona yaxın insan yoxsulluq şəraitində yaşayır", - R.Ələkbərov əlavə edib.

Son xəbərlər

Orphus sistemi