BMT Myanmanı Arakan müsəlmanlarına vətəndaşlıq və hüquqi status verməyə çağırıb

BMT Myanmanı Arakan müsəlmanlarına vətəndaşlıq və hüquqi status verməyə çağırıb Baş katib: "Mən Myanma hakimiyyətini bu zorakılığa son qoymağa çağırıram"
Digər ölkələr
5 Sentyabr , 2017 21:58
BMT Myanmanı Arakan müsəlmanlarına vətəndaşlıq və hüquqi status verməyə çağırıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quterreş Myanma hakimiyyətini Rakhayn ştatının müsəlman əhalisinə hüquqi status və mümkün qədər vətəndaşlıq verməyə çağırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi jurnalistlərə açıqlamasında deyib.

"Rakhayn ştatının müsəlmanlarına onların normal həyat sürməsi üçün ya vətəndaşlıq, ya da hələlik hüquqi status vermək çox vacib olacaq", - deyə o bildirib.

Baş katib BMT-nin Myanmanı etnik qrupların hüquqlarına riayət olunan demokratik ölkə kimi görmək istədiyini qeyd edib.

"Mən Myanma hökumətini - mülki və hərbi hakimiyyəti bu zorakılığa son qoymağa çağırıram. Fikrimcə, bu, regionda sabitliyi poza biləcək vəziyyət yaradır", - deyə Quterreş bildirib.

Son xəbərlər

Orphus sistemi