BMT: Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı təqribən 300 min təşkil edə bilər

BMT: Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı təqribən 300 min təşkil edə bilər Sözügən rəqəm bundan əvvəl 146 min idi
Digər ölkələr
6 Sentyabr , 2017 22:23
BMT: Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı təqribən 300 min təşkil edə bilər

Bakı. 6 sentyabr. REPORT.AZ/ Myanmadan Banqladeşə qaçan Rohinca müsəlmanlarının sayı əvvəlki rəqəmləri iki dəfə üstələyə və təqribən 300 min nəfər təşkil edə bilər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Banqladeş üzrə nümayəndəsi Dipayan Bxattaçariyaya istinadən "Reuters" məlumat yayıb.

Bundan əvvəl açıqlanan rəqəm 146 min nəfər təşkil edirdi.

O bildirib ki, daha yüksək rəqəm həddinə əsaslanaraq, ÜƏP 4 ay ərzində 300 min qaçqının yüksək kalorili biskvit və düyü ilə təmin edilməsi üçün əlavə olaraq 13,3 milyon dollar vəsaitə ehtiyac duyacaq.

Son xəbərlər

Orphus sistemi