BMT Mosul sakinlərinin taleyindən narahatdır

BMT Mosul sakinlərinin taleyindən narahatdır Təşkilat İraqın Mosul şəhərindən qaçan insanlara yardımı artırır
Digər ölkələr
22 Oktyabr , 2016 10:14
BMT Mosul sakinlərinin taleyindən narahatdır

Bakı. 22 sentyabr. REPORT.AZ/ BMT İraqın Mosul şəhərindən qaçan insanlara yardımı artırır. 

"Report" BMT-nin Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, təşkilat həmçinin Mosulun İŞİD-in nəzarəti altında qalan rayonlarında yaşayan dinc sakinlərin təhlükəsizliyinə görə narahatdır. 

Məlumatda bildirilib ki, İŞİD yaraqlılarının dinc sakinləri canlı sipər qismində istifadə etdikləri haqqında məlumatlar da daxil olur. 

Qeyd olunub ki, Mosulda hərbi əməliyyatların başladığı andan şəhəri təxminən 6 min sakin tərk edə bilərdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR) və BMT-nin Uşaq Fondunun (UNİCEF) əməkdaşları Mosuldan qaçan insanların yerləşdiyi yerlərə çadırlar, içməli su, sanitariya ləvazimatları və digər ilk tələbat mallarını çatdırırlar. 

İnsanların əksəriyyəti Mosuldan 60 km cənubda yerləşən Kayar rayonunda sığınacaq tapıb, bəziləri Debaqada düşərgədə yerləşib.  

Son xəbərlər

Orphus sistemi