Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
" BMT-nin Liviyaya dəstək missiyası ölkədə tərəflər (münaqişə-red) arasında atəşin dayandırılması haqqında elanı alqışlayır. Missiya arzu edir ki, bütün tərəflər atəşin dayandırılmasına tamamilə riayət etsin və Liviyadaxili dialoq vasitəsilə bütün ziddiyyətlərin aradan qaldırmaq üçün sülh səylərini təmin etsin”, - missiyanın “Twitter”də yayılmış bəyanatında deyilir.
Missiya həmçinin qeyd edib ki, liviyalılara dəstək göstərməyə, "Liviya böhranının birdəfəlik və sülh yolu ilə həlli" axtarışında kömək üçün özünün bütün imkanlarından istifadə etməyə hazırdır.
Qeyd edək ki, bazar günü gecəsi marşal Haftarın Liviya milli ordusu ilə Milli Razılıq Hökuməti ölkənin qərbində döyüş əməliyyatlarının dayandırıldığını elan edib. Bununla yanaşı, tərəflərdən hər biri atəşin istənilən formada pozulacağına cavab verəcəyini bildirib.