BMT məruzəçisi: "İşğal edilən torpaqların anneksiyası beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır"

BMT məruzəçisi: "İşğal edilən torpaqların anneksiyası beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır" Maykl Lin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin həyata keçirilməsi üçün effektiv diplomatik və siyasi addımlar atmağa çağırıb
Digər ölkələr
6 Fevral , 2017 11:16
BMT məruzəçisi: İşğal edilən torpaqların anneksiyası beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

Bakı. 6 fevral. REPORT.AZ/ BMT-nin xüsusi məruzəçisi Maykl Lin qurumun Təhlükəsizlik Şurasını və Baş Assambleyasını Təhlükəsizlik Şurasının bu yaxınlarda qəbul etdiyi qətnamənin həyata keçirilməsi üçün effektiv diplomatik və siyasi addımlar atmağa çağırıb.

"Report" xəbər verir ki, məlumatı BMT-nin Xəbər Mərkəzi yayıb. 

Həmin qətnamədə vurğulanıb ki, İsrailin Fələstin torpaqlarında məskunlaşmanı genişləndiriməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və dərhal dayandırılmalıdır.

Məruzəçi deyib ki, İsrailə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasının yolverilməz olduğunun başa salınması zəruridir. 

"İşğal edilmiş torpaqların anneksiyası beynəlxalq hüququ kobud şəkildə pozan məqamlardan biridir", - deyə xüsusi məruzəçi bildirib.

O, Təhlükəsizlik Şurasının qətnaməsində ərazilərin güc tətbiq etməklə birləşdirilməsinin yolverilməzliyi haqqında çoxdan mövcud olan hüquqi prinsipin təsdiq olduğunu diqqətə çatdırıb. 

Qeyd edək ki, daha əvvəl İsrail hökuməti işğal edilmiş İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə israillilər üçün 6 mindən artıq yeni mənzilin tikiləcəyini təsdiqləyib. Bundan əlavə, Fələstin torpaqlarında 4 min qanunsuz məskunlaşmanın leqallaşdırılması haqqında qanun baxılması üçün İsrail parlamentinə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi