BMT Liviya rəsmiləri ilə danışıqlar aparır

BMT Liviya rəsmiləri ilə danışıqlar aparır BMT rəsmiləri bu danışıqların həlledici olacağına inandıqlarını ifadə ediblər
Digər ölkələr
8 İyun , 2015 23:34
BMT Liviya rəsmiləri ilə danışıqlar aparır

Bakı. 8 İyun. REPORT.AZ/ BMT rəsmiləri Liviya nümayəndələri ilə Mərakeşdə sonuncu raund sülh danışıqları keçirir.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, BMT rəsmiləri bu danışıqların həlledici olacağına inandıqlarını ifadə ediblər.

BMT-nin Liviyadakı missiyası bu ölkədəki iki rəqib siyasi fraksiyanı birləşdirərək vahid hökumətin yaradılması üçün geniş plan, həmçinin yeni Konstitusiya və seçkilərin keçirilməsi üçün təkliflər hazırlayıb.

Liviyada 2011-ci ildə uzun zaman ölkəni idarə edən Müəmmar Qəzzafi hakimiyyətdən devrilərək öldürüldükdən sonra yaranan siyasi qeyri-sabitlik bu günədək davam edir.

Son xəbərlər

Orphus sistemi