BMT Liviyada siyasi böhrana son qoyulmasına çağırır

BMT Liviyada siyasi böhrana son qoyulmasına çağırır Liviyanın siyasi qeyri-sabitliyi miqrant böhrana yol açıb
Digər ölkələr
11 İyun , 2015 21:13
BMT Liviyada siyasi böhrana son qoyulmasına çağırır

Bakı. 11 İyun. REPORT.AZ/ BMT və dünyanın lider ölkələri Liviyada münaqişə tərəflərini hakimiyyəti paylaşmaq planını və dörd ilə yaxındır davam edən siyasi böhrana son qoymağa çağırıb.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, Berlində BMT diplomatlarının və yüksək səviyyəli rəsmilərin görüşü zamanı sülh təklifinin planı hazırlanıb. Liviya rəsmiləri rəqib qüvvələrin ciddi addımlar atmasının vacbliyini bildirib.

Liviya üsyançıları əvvəllər BMT xüsusi elçisinin sülh razılaşması barədə təklifini bir neçə dəfə rədd etmişdi.

Liviyanın siyasi qeyri-sabitliyi miqrant böhrana yol açıb.

2011-ci ildə sabiq lider Müəmmar Qəzzafi hakimiyyətdən devrilərək öldürülməsindən sonra ölkədə xaos yaşanır.

Son xəbərlər

Orphus sistemi