Bakı. 10 avqust. REPORT.AZ/ Liviyada münaqişə tərəfləri arasında danışıqların növbəti raundu avqustun 11-12-də İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə,
Danışıqlarda döyüşlərin dayandırılması, milli hökumətin təsisi və ölkənin yeni konstitusiyasının qəbul edilməsi kimi məsələlər müzakirə obyekti olacaq.
BMT nümayəndələri diyaloq prosesini liviyalılar üçün sabitliyi bərqərar etmək istiqamətində əhəmiyyətli şans kimi qiymətləndiriblər.