BMT KXDR-in raket sınaqları ilə bağlı toplantı keçirəcək

BMT KXDR-in raket sınaqları ilə bağlı toplantı keçirəcək BMT Təhlükəsizlik Şurası martın 30-da Koreya Xalq Demokratik Respublikasının raket sınaqları ilə bağlı növbədənkənar toplantı keçirəcək
Digər ölkələr
27 Mart , 2021 04:30
BMT KXDR-in raket sınaqları ilə bağlı toplantı keçirəcək

BMT Təhlükəsizlik Şurası martın 30-da Koreya Xalq Demokratik Respublikasının raket sınaqları ilə bağlı növbədənkənar toplantı keçirəcək.

“Report” xəbər verir ki, bu barədə TASS-a BMT Təhlükəsizlik Şurasındakı diplomatik mənbə bildirib.

Qeyd edilir ki, məsələhətləşmələr qapalı olacaq.

"Müvafiq müzakirəni Təhlükəsizlik Şurasının avropalı üzvləri (Fransa, Böyük Britaniya, Estoniya, İrlandiya, Norveç) adından Fransa tələb edib”, - mənbə agentliyə deyib. “Toplantının çərşənbə axşamı qapalı formatda keçiriləcəyi gözlənilir", - mənbə əlavə edib.

Daha əvvəl Yaponiya və Cənubi Koreya Şimali Koreyanın ballistik olduğu güman edilən raketi sınaqdan keçirdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi