BMT KXDR-in raket buraxmasını pisləyib

BMT KXDR-in raket buraxmasını pisləyib ​BMT KXDR-in raket buraxmasını pisləyib
Digər ölkələr
16 Sentyabr , 2017 01:14
BMT KXDR-in raket buraxmasını pisləyib

Bakı. 16 sentyabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası KXDR-in raket buraxmasını pisləyib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Efiopiyanın BMT-dəki daimi nümayəndəsi Takid Alem bildirib ki, beynəlxalq təşkilat Pxenyanın bu addımını pisləyib. "Təhlükəsizlik Şurası KXDR-in son dərəcə təxribatçı ballistik raket buraxılışını pisləyib", - deyə Alem qeyd edib.

Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının konkret hərəkətlər nüvə silahından imtinaya sədaqətini göstərməsi zəruriliyini də qeyd edib.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib ki, Koreya məsələsinin hərbi yolla həlli  mövcuddur. Amma Birləşmiş Ştatlar bundan istifadə etmək istəməzdi.

Son xəbərlər

Orphus sistemi