BMT: "Koronavirusun yeni variantları qazanılmış nailiyyətləri yox edə bilər"

BMT: "Koronavirusun yeni variantları qazanılmış nailiyyətləri yox edə bilər" Koronavirusun bundan sonra ortaya çıxacaq yeni variantları dünyada aparılan peyvəndləmə nəticəsində əldə edilmiş müsbət nəticələri yoxa çıxara bilər.
Digər ölkələr
20 Yanvar , 2022 09:34
BMT: Koronavirusun yeni variantları qazanılmış nailiyyətləri yox edə bilər

"Koronavirusun bundan sonra ortaya çıxacaq yeni variantları dünyada aparılan peyvəndləmə nəticəsində əldə edilmiş müsbət nəticələri yoxa çıxara bilər".

“Report” xəbər verir ki, bunu BMT Baş Asambleyasının 76-ci sesiyasının sədri Abdullah Şahid bu ilin ilk iclasında bildirib.

“Yeni variantlar peyda olacaq, bəziləri daha ölümcül, yaxud peyvənd dərmanlarından yayınmaq qabiliyyətli ola bilər. Bu da son iki il ərzində əldə etdiyimiz bütün nailiyyətləri təhlükə altına qoyur. Peyvəndləri vaxtında, hər kəs üçün, hər yerdə əldə edə bilmək bizim bu dövrü necə adlayacağımız deməkdir. Dünya birliyi peyvənd dərmanlarının istehsalını və bölüşdürülməsini sürətləndirmək, yayılması üçün maneələri aradan qaldırmaq üçün lazımi səy göstərməıli, peyvənd bərabərliyinə nail olmalıdır”, –  o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi