Yuxarı

​BMT komissari: "Avropa mühacir axını deyil, qaçqın böhranı ilə üzləşib "

Qaçqınlara münasibətdə bütün dövlətlər öhdəliklərini yerinə yetirməlidir

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Avropa indi mühacir axını deyil, qaçqın böhranı ilə üzləşib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin qaçqınların işi üzrə komissarı Antoniu Quterreş bildirib.

O, problemin həlli üçün səyləri birləşdirməyə çağırıb.

"Bu, miqrantlarla bağlı deyil, qaçqın böhranıdır.Yunanıstana sığınanların çoxu Suriya, İraq və ya Əfqanıstan kimi münaqişə zonalarından gələnlərdir. Onlar həyatlarını qurtarmaq üçün oralardan qaçıblar. Avropa qaçqınlarla bağlı problemi həll edə bilmədi və cəhdləri uğursuzluğa uğradı. Böhran insanların əzab-əziyyəti ilə nəticələnib. 2 600-dən çox insan Avropaya sığınmaq üçün gələrkən Aralıq dənizində ölüb", - komissar vurğulayıb.

Antoniu Quterreş beynəlxalq hüquqa uyğun olaraq, qaçqınlara münasibətdə bütün dövlətləri öhdəliklərini yerinə yetirməyə çağırıb: "Statusundan asılı olmayaraq, onların hüququ qorunmalı, ləyaqətlərinə hörmət edilməlidir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi