Yuxarı

BMT Kabildə universitetə edilmiş hücumu pisləyib

Təhlükəsizlik Şurası bütün dövlətləri Əfqanıstan hakimiyyəti ilə əməkdaşlığa çağırıb

Bakı. 26 avqust. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Əfqanıstanın paytaxtı Kabildə Amerika universitetinə 10-dan çox insanın ölümü ilə nəticələnənən hücumu pisləyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, şura üzvləri yaydıqları bəyanatda Əfqanıstan hökumətinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verib, həmçinin terror aktının təşkilatçılarının və himayədarlarının məsuliyyətə cəlb edilməsi zəruriliyini vurğulayıblar.

Bununla əlaqədar Təhlükəsizlik Şurası bütün dövlətləri beynəlxalq hüquq öhdəliklərinə uyğun olaraq Əfqanıstan hakimiyyəti ilə fəal əməkdaşlıq etməyə çağırıb.

TŞ üzvləri Əfqanıstanda "Taliban", "Əl-Qaidə", İŞİD və digər qanunsuz silahlı qruplaşmaların yerli əhaliyə, milli müdafiə və təhlükəsizlik qüvvələrinə təhlükə doğurmalarından ciddi narahatlıqlarını bir daha qeyd ediblər.

Qeyd edək ki, bir qrup silahlı şəxs çərşənbə günü Əfqanıstanın paytaxtındakı Amerika universitetinə hücum edib. Son məlumatlara görə, hücum nəticəsində 16 nəfər ölüb, 55 adam xəsarət alıb.

Zərərçəkənlərin əksəriyyətini universitetin müəllim və şagirdləri təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi