BMT İstanbulda imzalanmış taxıl müqaviləsinin uzadılmasına çalışır

BMT İstanbulda imzalanmış taxıl müqaviləsinin uzadılmasına çalışır BMT taxıl sazişinin uzadılması üzərində işləyir.
Digər ölkələr
28 Fevral , 2023 05:45
BMT İstanbulda imzalanmış taxıl müqaviləsinin uzadılmasına çalışır

BMT taxıl sazişinin uzadılması üzərində işləyir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, BMT Rusiya gübrələri və ərzaq ticarətinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün səylər göstərir.

"Qara dəniz taxıl təşəbbüsünün faydaları göz qabağındadır, sazişin uzadılacağına ümid edirik", - Baş katibin rəsmi nümayəndəsi bildirib.

Düjarrik BMT-nin bu məsələdə "sakit diplomatiyaya” riayət etdiyini vurğulayaraq danışıqların təfərrüatını açıqlamaqdan imtina edib.

Xatırladaq ki, Ukraynadan ərzaq ixracı ilə bağlı müqavilə ötən il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb. Müqavilələrdən biri Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.

Bundan əlavə, BMT ilə Rusiya arasında kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına ixracına müxtəlif məhdudiyyətlərin aradan qaldırılması üzrə memorandum imzalanıb. Noyabrda taxıl müqaviləsi daha 120 gün uzadılıb, müqavilənin müddəti martda başa çatır.

Son xəbərlər

Orphus sistemi