BMT İnsan Hüquqları Şurası Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

BMT İnsan Hüquqları Şurası Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək BMT-nin İnsan Hüquqları Şurası mayın 12-də Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiya keçirəcək.
Digər ölkələr
9 May , 2022 19:13
BMT İnsan Hüquqları Şurası Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

BMT-nin İnsan Hüquqları Şurası mayın 12-də Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiya keçirəcək.

"Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb.

Kiyevin təşəbbüsü ilə iclasın keçirilməsi Şuraya üzv olan 47 ölkədən 16-sı tərəfindən dəstəklənib. Bundan əlavə, Şuranın üzvü olmayan daha 36 ölkə növbədənkənar sessiyanın çağırılmasının lehinə çıxış edib.

Növbədənkənar sessiyada Rusiyanın apardığı müharibədən sonra Ukraynada insan haqları ilə bağlı vəziyyətin pisləşməsi müzakirə olunacaq.

Aprelin 7-də BMT Baş Assambleyası Ukrayna üzrə xüsusi sessiyası zamanı Rusiyanın İnsan Hüquqları Şurasındakı üzvlüyünü dayandırmaq üçün qətnamə qəbul edib.

Son xəbərlər

Orphus sistemi