BMT: İŞİD yaraqlıları İraqda təxminən 3,5 min adamı əsir saxlayır

BMT: İŞİD yaraqlıları İraqda təxminən 3,5 min adamı əsir saxlayır Onların əksəriyyəti qadınlar və uşaqlardır
Digər ölkələr
19 Yanvar , 2016 17:18
BMT: İŞİD yaraqlıları İraqda təxminən 3,5 min adamı əsir saxlayır

Bakı. 19 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları İraqda təxminən 3,5 min adamı əsir saxlayır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İraqa yardım missiyası (UNAMI) və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi (İHAKO) tərəfindən hazırlanmış birgə hesabatda məlumat verilir.

UNAMI və İHAKO ekspertlərinin dəyərləndirməsinə görə, hazırda təxminən 3,5 min adam İŞİD tərəfindən əsir kimi saxlanılır. "Onların əksəriyyəti qadınlar və uşaqlardır", - deyə məlumatda bildirilir.

BMT-nin məlumatına görə, 2014-cü ilin yanvar ayından 2015-ci ilin oktyabr ayına qədər olan müddətdə 18,8 mindən çox sadə vətəndaş İraqdakı münaqişənin qurbanı olub. 36,2 mindən çox adam isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Son xəbərlər

Orphus sistemi