​BMT: "İŞİD-in cinayətlərinə beynəlxaq məhkəmədə baxıla bilər"

​BMT: "İŞİD-in cinayətlərinə beynəlxaq məhkəmədə baxıla bilər" Əl-Hüseyn qeyd edib ki, günahkarlar öz qəddar əməllərinə görə beynəlxaq humanitar qanun qarşısında məsuliyyət daşımalıdırlar
Digər ölkələr
19 Mart , 2015 14:43
​BMT: İŞİD-in cinayətlərinə beynəlxaq məhkəmədə baxıla bilər

Bakı. 19 mart. REPORT.AZ/ İŞİD terrorçu qruplaşmasının cinayətkar əməllərinə Beynəlxaq Cinayət Məhkəməsində baxıla bilər.

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə ali komissarı Zeyd Raad əl -Hüseyn bildirib.

O, İraqdakı vəziyyətlə bağlı bu gün Cenevrədə yayılan hesabatda BMT-nin İnsan Haqları üzrə Şurasına İŞİD-in əməllərinin "soyqırım, inasanlığa qarşı cinayət və hərbi cinayət" kimi təsbit olunmasını tövsiyə edib.

Ali komissar bu məsələnin Beynəlxalq Cinayət Məhkəməsində baxılmasının mümkünlüyünü də vurğulayıb.

Əl-Hüseyn qeyd edib ki, günahkarlar öz qəddar əməllərinə görə beynəlxaq humanitar qanun qarşısında məsuliyyət daşımalıdırlar.

Ali komissar bunun üçün Şuranı "uyğun monitorinq və araşdırmanın aparılması ilə bağlı mexanizm yaratmağa" çağırıb. 

Son xəbərlər

Orphus sistemi