​BMT: İraqda onlarla kütləvi məzarlıq tapılıb

​BMT: İraqda onlarla kütləvi məzarlıq tapılıb Bu, İraq ordusunun terrorçular üzərinə hücuma keçməsindən sonra aşkar edilib
Digər ölkələr
7 May , 2016 06:18
​BMT: İraqda onlarla kütləvi məzarlıq tapılıb

Bakı. 7 may. REPORT.AZ/ İŞİD terror qruplaşması ötən aylarda İraqın müxtəlif regionlarından geri çəkilən zaman 50-dən çox kütləvi məzarlıq qoyub gedib.

"Report" xəbər verir ki, bu barədə BMT-nin İraq üzrə xüsusi elçisi Yan Kubiş cümə günü Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında bildirib.

Kubiş, həmçinin əvvəllər İŞİD-in nəzarətində olan ərazilərdə törədilən "dəhşətli cinayətlər"dən danışıb.

Onun sözlərinə görə, kütləvi məzarlıqlar İraq ordusunun terrorçular üzərinə hücuma keçməsindən sonra aşkar edilib. Belə ki, aprelin ortalarında Ramadi şəhərində yerləşən futbol stadionlarından birində 40-dan çox insan qalığının olduğu 3 məzarlıq tapılıb.

Son xəbərlər

Orphus sistemi