Yuxarı
    Bağlamaq

    BMT İraqda üçüncü dərəcə fövqəladə vəziyyət elan edib

    Bu BMT-nin şkalası üzrə humanitar böhranın ən yüksək səviyyəsidir

    Bakı. 15 avqust. REPORT.AZ/ İraqda humanitar böhranın mürəkkəbliyi və miqyaslarını nəzərə alaraq, BMT bu durumu üçüncü dərəcəli fövqəladə vəziyyət elan edib. Bu, BMT-nin şkalası üzrə humanitar böhranın ən yüksək səviyyəsidir.

    Report xəbər verir ki, bu barədə BMT-nin İraqa Yardım Göstərilməsi üzrə Missiyasının rəhbəri Nikolay Mladenov bildirib. 

    Onun sözlərinə görə, İraqda yaranan vəziyyət nəticəsində 1,5 mln.-dan artıq insan yaşayış yerlərini tərk edib. 

    BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına əsasən, Sincar dağında məcburi köçkünlərin vəziyyəti xüsusi narahatlıq doğurur.  

    Xatırladaq ki, "İslam dövləti" qruplaşması tərəfindən İraqdakı azlıqlara qarşı törədilmiş qırğın nəticəsində onminlərlə insan dağa qaçıb və burada susuz və ərzaqsız qalaraq, tələyə düşüblər.

    İraqın şimalındakı Daxuk vilayətindəki vəziyyət də ciddi narahatlığa səbəb olub. Belə ki, ərazilərin "İslam dövləti" qruplaşmasının zəbt etməsi nəticəsində Daxuk rayonuna iyunun əvvəlindən 400 mindən artıq insan köçüb. Daxukda Dünya Ərzaq Proqramı 100 mindən artıq insanın yemək hazırladığı dörd səhra mətbəxi quraşdırıb.

    Üçüncü dərəcə yalnız üç ölkədəki vəziyyətlərə verilib. Bunlar Cənubi Sudan, Suriya və Mərkəzi Afrika Respublikasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi