BMT Heratdakı ofisinə hücumu pisləyib

BMT Heratdakı ofisinə hücumu pisləyib BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) Herat şəhərindəki ofisinə hücumu pisləyib.
Digər ölkələr
30 İyul , 2021 20:27
BMT Heratdakı ofisinə hücumu pisləyib

BMT-nin Əfqanıstandakı Dəstək Missiyası (UNAMA) bu gün Herat şəhərindəki mərkəzlərinə törədilən, bir polisin ölümünə və daha bir neçəsinin yaralanmasına gətirib çıxaran hücumu qınayır.

“Report” qurumun saytına istinadən xəbər verir ki, bu gün həmin ərazidə “Taliban” ilə hökumət qüvvələri arasında toqquşma baş verib. Açıqlamada BMT-nin aydın şəkildə işarələnmiş mərkəzinə qumbara hücumu və gülləbaran edilməsinin hökumətə qarşı çıxan ünsürlər tərəfindən həyata keçirildiyi qeyd olunur:

“BMT-ni hədəf alan bu hücum acınacaqlı haldır və biz onu ən sərt şəkildə qınayırıq” – deyə BMT baş katibinin Əfqanıstandakı xüsusi elçisi Deborah Layons bildirib.

BMT əməkdaşlarının zərər çəkmədiyi bu hadisənin tam mənzərəsini ortaya çıxarmaq üçün bütün tərəflərlə təmas qurduqlarını bildirən BMT rəsmisi hücumda əli olanların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi