Yuxarı

BMT: Hələbdə vəziyyət çox ağırdır

Hələbdə mülki əhalinin ağır həddə düşən vəziyyəti dərhal diqqət və əməli addımlar tələb edir

Bakı. 16 avqust. REPORT.AZ/ "Suriyanın Hələb şəhərində vəziyyət həddindən artıq ağırdır, ölkədə böhranın siyasi həllinə dərhal qayıtmaq zəruridir."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriyada araşdırmalar üzrə Müstəqil Komissiyasının çərşənbə axşamı yayılmış bəyanatında deyilir.

Sənəddə vurğulanır ki, Müstəqil Komissiya hazırda son günlər döyüşlərin intensivləşdiyi şəhərin şərq hissəsində qərarlaşan dinc əhalinin, o cümlədən 100 min uşağın təhlükəsizliyindən ciddi narahatdır.

"Hələbdə mülki əhalininağır həddə düşən vəziyyəti dərhal diqqət və əməli addımlar tələb edir", - bəyanatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi