BMT Fransada məktəblilərin polis tərəfindən saxlanılmasını pislədi

BMT Fransada məktəblilərin polis tərəfindən saxlanılmasını pislədi BMT Fransada Məhəmməd peyğəmbərin karikaturalarına görə müəllimlə mübahisəyə görə dörd məktəblinin dindirilməsini tənqid edib.
Digər ölkələr
21 Noyabr , 2020 06:29
 BMT Fransada məktəblilərin polis tərəfindən saxlanılmasını pislədi

BMT Fransada Məhəmməd peyğəmbərin karikaturalarına görə müəllimlə mübahisəyə görə dörd məktəblinin dindirilməsini tənqid edib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

"Uşaqların saxlanılması sonuncu mümkün addımdır", - BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mətbuat katibi Marta Urtado deyib.

Urtado BMT-nin uşaq hüquqları haqqında konvensiyalarının olduğunu xatırladıb.

Konvensiyanın 1-ci maddəsinin 3-cü bəndinə əsasən həddi-buluğa çatmamış şəxslərin maraqları uşaqlara aid olan bütün məsələlərdə prioritetə malik olmalıdır. Bu, konvensiya prinsiplərinin əsasından biridir.

Urtado qeyd edib ki, BMT kimi hüquq müdafiə təşkilatlarının səviyyəsində "Fransanın terrorizmlə mübarizə Haqqında" qanunu dəfələrlə tənqidə məruz qalıb.

Xatırladaq ki, Albervil şəhərinin polisi bir müddət əvvəl 16-da Məhəmməd peyğəmbərlə bağlı karikaturaya görə müəllimlə mübahisə edən 10 yaşlı 4 məktəblini saxlayıb. Məktəblilərdən 3-ü Türkiyə vətəndaşlarıdır. Məktəblilər və onların valideynləri polis bölməsində 11 saat dindirilib.

Son xəbərlər

Orphus sistemi