BMT əməkdaşları məcburi peyvənd olunacaq

BMT əməkdaşları məcburi peyvənd olunacaq BMT-nin Nyu-Yorkdakı qərargahı əməkdaşları üçün vaksinasiyanı məcburi edəcək.
Digər ölkələr
13 Avqust , 2021 06:50
BMT əməkdaşları məcburi peyvənd olunacaq

BMT Nyu-Yorkdakı qərargahı əməkdaşları üçün vaksinasiyanı məcburi edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib. O, təşkilatın 48 saat ərzində bununla bağlı açıqlama yayacağını deyib.

BMT Baş Assambleyasının yeni 76-cı sessiyası sentyabr ayında başlayacaq. Nyu-Yorkda koronavirusun yayılmasından qorunmaq məqsədilə BMT yeni sesiyanın açılışı üçün xüsusi tədbirlər planı hazırlanır.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi