BMT Əfqanıstandakı missiyasının müddətini bir il uzadıb

BMT Əfqanıstandakı missiyasının müddətini bir il uzadıb Təşkilat Mərkəzi Asiya ölkəsində silahlı münaqişə qurbanlarının artması ilə bağlı narahatlıq ifadə edib
Digər ölkələr
18 Mart , 2017 05:49
BMT Əfqanıstandakı missiyasının müddətini bir il uzadıb

Bakı. 18 mart. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı missiyasının qalma müddətini 17 mart 2018-ci il tarixinədək bir il uzadıb.

"Report" xəbər verir ki, təşkilat Mərkəzi Asiya ölkəsində silahlı münaqişə qurbanlarının sayının artması ilə bağlı narahatçılığını ifadə edib.

Müvafiq qətnamə cümə günü yekdilliklə qəbul edilib.

Sənəddə qeyd olunur ki, ölkədə beynəlxalq qüvvələrin saxlanılması Əfqanıstanın təhlükəsizlik, dövlət idarəçiliyi və inkişaf sahələrində aparıcı rol və məsuliyyəti tam həcmdə öz üzərinə götürməsinə yardım edəcək.

Son xəbərlər

Orphus sistemi