BMT Əfqanıstanda təxminən 3 həftə əvvəl itkin düşən 6 qadın fəaldan hələ də xəbər alınmadığını bildirib.
“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.
S.Dujarrik itkin düşənlər haqqında “Taliban”dan məlumat istədiklərini və şəffaf araşdırma aparılmasını tələb etdiklərini bildirib: “BMT-nin Əfqanıstanda olan nümayəndəliyi məsələni araşdırır. Kabildə qadın haqları ilə bağlı keçirilən etirazlarda saxlanılan və ya oğurlanan qadın fəalların və onların qohumlarının harada olduqları və sağlamlıq vəziyyətləri ilə bağlı hələ də heç bir xəbər yoxdur”.