BMT: “Əfqanıstanda 10 milyon uşaq humanitar yardıma möhtacdır”

BMT: “Əfqanıstanda 10 milyon uşaq humanitar yardıma möhtacdır” Əfqanıstanda 10 milyon uşağın humanitar yardıma ehtiyacı var.
Digər ölkələr
23 Avqust , 2021 12:24
BMT: “Əfqanıstanda 10 milyon uşaq humanitar yardıma möhtacdır”

Əfqanıstanda 10 milyon uşağın humanitar yardıma ehtiyacı var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin uşaqlarla bağlı fondu UNICEF-in direktoru Henrietta For tviter səhifəsində yazıb.

Bildirilib ki, UNICEF Əfqanıstanda humanitar yardım fəaliyyətlərini davam etdirir.

“Bizim məqsədimiz Əfqanıstandakı bütün uşaqların hüquqlarının realizasiyası və qorunmasıdır. Bu gün təxminən 10 milyon uşaq humanitar yardıma möhtacdır. 1 milyona yaxın uşaq müalicəsizlikdən ölə bilər”, - qeyd edilib.

Son xəbərlər

Orphus sistemi