BMT Ebola ilə mübarizəyə 3,4 milyard dollar vəsait ayırıb

BMT Ebola ilə mübarizəyə 3,4 milyard dollar vəsait ayırıb Bu məbləğ Qvineya, Liberiya və Syerra-Lione üçün nəzərdə tutulub
Digər ölkələr
11 İyul , 2015 06:21
BMT Ebola ilə mübarizəyə 3,4 milyard dollar vəsait ayırıb

Bakı. 11 iyul. REPORT.AZ/ BMT öldürücü Ebola xəstəliyi virusunun yayılması və ona qarşı mübarizə tədbirləri üçün üç Qərbi Afrika dövlətinə 3,4 milyard dollar vəsait ayırıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, beləliklə, Qvineya, Liberiya və Syerra-Lionedə Ebola ilə mübarizəyə ayrılan vəsaitin ümumi həcmi 5 milyard dollara çatıb.

Ötən gün yayılan xəbərə görə, Liberiyada yenidən Ebolaya yoluxma faktı qeydə alınıb.

Dünyanın Ebola virusundan ən çox ziyan çəkmiş üç ölkəsində 25,5 mindən çox insan ölümcül virusun qurbanıdır. 11 min insan artıq dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi